Bakı metrosunda 17 yaşlı oğlan relslərin üzərinə yıxılıb

Bakı metrosunda 17 yaşlı oğlan relslərin üzərinə yıxılıb
  11 Dekabr 2017    Oxunub:3528
Bakı metrosunun "İçərişəhər"stansiyasında 17 yaşlı gənc qatar relslərinin üzərinə yıxılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, hadisə saat 08:41 radələrində Həzi Aslanov - İçərişəhər xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib.

Müvazinətini itirən 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlu qatar yoluna düşüb. Maşinist qatarı vaxtında saxlaya bilib. Gənc oğlan xəsarət almayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro   Qatar   Hadisə  





Xəbər lenti