205 müəllim imtahanda ciddi nöqsana yol verib

205 müəllim imtahanda ciddi nöqsana yol verib
  25 Dekabr 2017    Oxunub:1413
Dövlət İmtahan Mərkəzinin (DİM) bu il keçirdiyi imtahanlarda iştirak etmiş 205 nəzarətçi-müəllim müxtəlif qayda pozuntularına, köçürmə hallarına yol verdikləri üçün bazadan xaric olunub.
Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 25-də mərkəzin yeni veb-saytının təqdimatında deyib.

Qeyd olunub ki, nümunəvi fəaliyyətinə görə min nəzarətçi müəllimə təşəkkür elan edilib. Bundan əlavə, 15 nəzarətçi-müəllimin və beş imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.

M.Abbaszadə bildirib ki, nəzarətçi-müəllimlərin fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil edilir.

AzVision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti