Ötən il 944,5 kq narkotik dövriyyədən çıxarılıb

Ötən il 944,5 kq narkotik dövriyyədən çıxarılıb
  16 Yanvar 2018    Oxunub:1439
Ötən il transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov ötən il cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

R.Usubov bildirib ki, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

AzVision.az


Teqlər: DİN   Kollegiya   Narkotik  





Xəbər lenti