Naxçıvanda qanunsuz işləyən 346 əcnəbi aşkarlanıb
Bildirilib ki, hesabat dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə 626, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 7, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 6, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 37, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 337 müraciət daxil olub.
Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
AzVision.az