Parlamentin ilk iclasında 15 məsələyə baxılacaq

  23 Yanvar 2018    Oxunub : 628
Parlamentin ilk iclasında 15 məsələyə baxılacaq

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum olub.

AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

Bunlar Milli Məclisin İntizam və Hesablayıcı Komissiyasının tərkibi, 2018-ci ilin işlər planı, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və s. qanun layihələridir.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   İclas   Plenar