Müdafiə Nazirliyi: Bölmələrimiz heç bir itki verməyib

Müdafiə Nazirliyi: Bölmələrimiz heç bir itki verməyib
  25 Yanvar 2018    Oxunub:3339
Cəbhə xəttində guya gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib”, - deyə nazirliyin məlumatında qeyd edilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Cəbhə  





Xəbər lenti