Prezidentliyə daha bir namizədin adı açıqlandı

Prezidentliyə daha bir namizədin adı açıqlandı
  19 Fevral 2018    Oxunub:2340
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
AzVision.az-ın məlumatına görə, bu barədə komissiyanın bu gün keçirilən iclasında qərar qəbul olunub.

Bildirilib ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən şəxs Ramazan Ələkbər oğlu Bəkirovdur. Bununla prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 13-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçirləcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Namizəd  





Xəbər lenti