Milli Məclisdə soyqırımla bağlı xüsusi iclas keçiriləcək
İclaslar martın 6, 16 və 30-da olacaq. Martın 30-da keçiriləcək xüsusi iclas 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunacaq.
Qeyd edək ki, martın 16-da Milli Məclisdə hökumətin hesabatı müzakirə olunacaq. 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin təqdim edəcəyi gözlənilir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Plenar İclas