Orduxan erməni kimi danışdı, işğalçıları müdafiə etdi - VİDEO
Anti-Azərbaycan kampaniyasının aktiv üzvlərindən olan O.Teymurxanın ölkəmizin nüfuzuna xələl gətirmək üçün çalışdığı, bu işdə erməni dostları ilə əlbir olduğu çoxdan məlum idi. Radikal blogger budəfəki çıxışı ilə əsl kimliyini, ermənilərə olan simpatiyasını sübut etmiş oldu. Əks halda normal düşüncəli azərbaycanlı bunu necə deyə bilər ki?!
O.Teymurxan işğalçıları “mələk” rolunda təqdim etməklə düşməndən heç nə ilə fərqləmir. Əksinə, öz dövlətinə, millətinə ermənidən daha qəddar düşmən, bir o qədər xain olduğunu nümayiş etdirir.
Ermənilərin işğal altında olan torpaqlarımızda maddi-mədəni irsimizə qarşı törətdiyi terror, yüzlərlə azərbaycanlının məzarının dağıdılması, abidələrimizin yerlə-yeksan edilməsi faktlarla sübut olunub. Orduxan adlı radikal isə bunu bilərəkdən danıb, informasiya savaşında düşmənin əlinə xal verib. Bütün bunların Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində baş verməsi təsadüf deyil. Şübhə yox ki, onun çıxışı Azərbaycanın dünyanın dörd bir yerində apardığı Xocalı kampaniyasını ləkələməyə hesablanıb.
AzVision.az
Teqlər: