Türkiyə "S-400"lərin tezliklə Rusiyadan gətirilməsini istəyir

  12 Mart 2018    Oxunub : 775
Türkiyə "S-400"lərin tezliklə Rusiyadan gətirilməsini istəyir
“Türkiyənin istəyinə əsasən, Rusiya "S-400" zenit-raket komplekslərinin təhvil-təslimini sürətləndirəcək”
AzVision.az-ın məlumatıan görə, bunu Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib.

V.Kojinin sözlərinə görə, təhvil-təslim 2020-ci ilin əvvəlindən həyata keçirilməyə başlanılacaq: "Müqavilə imzalanıb. Hazırda icra edilməkdədir. Türkiyə tərəfi təhvil-təslim prosesinin sürətləndirilməsini istəyir. Düşünürəm ki, proses 2020-ci ilin əvvəlindən başlayacaq”.

Qeyd edək ki, Türkiyə daha əvvəl müqavilə çərçivəsində 4 ədəd "S-400" üçün Rusiyaya 2.5 milyard dollar ödəyib. Bu məbləğin bir qisminin Rusiyadan alınan kredit hesabına ödənildiyi bildirilir.

Kənan Məmmədov
AzVision.az

Teqlər: S-400   Türkiyə   Rusiya