"Bu, Helsinki aktının kobud şəkildə pozulmasıdır" - Azay Quliyev

"Bu, Helsinki aktının kobud şəkildə pozulmasıdır" - Azay Quliyev
  05 Aprel 2018    Oxunub:1435
ATƏT PA-nın vitse-prezidenti Fransa və ABŞ rəsmilərinin Dağlıq Qarabağ separatçıları ilə qanunsuz əlaqələrini və onların səfərlərinin təşkil etmələrini Helsinki aktının kobud şəkildə pozulması və vasitəçiliyik missiyası ilə bir araya sığmayan pozuntu kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, bu haqda Azay Quliyev "Twitter" hesabında yazıb. ATƏT PA rəsmisi ABŞ və Fransanın separatçılarla verdiyi dəstəyin regionda sülhə və təhlükəsizliyə zərbə vurduğunu, ATƏT-in Minsk Qrupuna olan inamı ciddi şəkildə zədələdiyini bildirib.

Azay Quliyev bu yanaşmanın indiyə kimi vasitəçilik missiyasının düçar oduğu uğursuzluğun əsas səbəbi kimi dəyərləndirib.





AzVision.az


Teqlər: Azay-Quliyev  





Xəbər lenti