Seçkinin ilkin nəticələri: İlham Əliyev 86,09 faiz səs toplayıb

  11 Aprel 2018    Oxunub : 3405
Seçkinin ilkin nəticələri: İlham Əliyev 86,09 faiz səs toplayıb
Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov bu gün keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
AzVision.az-ın məlumatına görə, MSK sədri bildirib ki, 125 seçki dairəsinin hər birində seçki baş tutub:

“Bu ana qədər səsvermə keçirilmiş 5641 məntəqənin 3675-i, 65 faizdən artığı MSK-ya məlumatları çatdırıb. Etibarlı sayılan 2 660 622 səsin bölünməsi belədir: İlham Əliyev 2 290 486 səs - 86,09 faiz, Araz Əlizadə 37 145 səs – 1.40 faiz, Hafiz Hacıyev, 40 171 səs – 1.51 faiz, Qüdrət Həsənquliyev 80 844 səs – 3.04 faiz, Fərəc Quliyev 31 317 səs – 1.17 faiz, Sərdar Cəlaloğlu 79 108 səs – 2.97 faiz, Razi Nurullayev 19 856 səs – 0.74 faiz, Zahir Oruc 81 695 səs – 3.07 faiz. Nəticələr göstərir ki, İlham Əliyev böyük səs çoxluğu ilə liderlik edir”.

MSK sədri qeyd edib ki, məntəqələrdən məlumatların daxil olma prosesi davam edir.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: MSK   Seçki