Aztəminatlı ailələrə hər ay 12 milyon xərclənir

Aztəminatlı ailələrə hər ay 12 milyon xərclənir
  16 Aprel 2018    Oxunub:971
Dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətlərə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir.
AzVision.az xəbər verir ki bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib. Onun sözlərinə görə, 2017-ci ilin sonuna respublika üzrə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil edib (326,6 min nəfər ailə üzvü).

Nazir bildirib ki, ötən il ərzində bu məqsədlərə 214,7 milyon manat xərclənib ki, bu da 2006-cı ilin eyni göstəricisi ilə müqayisədə 21,7 dəfə çoxdur: "Hazırda əhalinin aztəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənilir".

AzVision.az


Teqlər: ƏƏSMN   Ödəniş  





Xəbər lenti