Liya Bayramova vəzifəsindən azad edildi

Liya Bayramova vəzifəsindən azad edildi
  17 Aprel 2018    Oxunub:5233
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.

L.Bayramova AzVision.az-a açıqlamasında faktı təsdiqləyərək işdən öz xahişi ilə ayrıldığını deyib. O, nazirlikdən getməsini elmi fəaliyyətlə məşğul olmaq niyyəti ilə əlaqələndirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti olaraq Səfayə Əhmədova icra edəcək.

Qeyd edək ki, Liya Bayramova 2015-ci ildən Səhiyyə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib. O, çoxsaylı diplom və mükafatlarla, o cümlədən səhiyyə naziri Oqtay Şirəliyevin qərarı ilə "Səhiyyə əlaçısı" nişanı ilə təltif edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Liya-Bayramov  





Xəbər lenti