Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir
  17 Aprel 2018    Oxunub:965
NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə ilk dəfə Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları üçün “ƏİK Məlumat Bazası” təlim kursu keçirilir.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə 25 NATO-ya üzv və tərəfdaş ölkədən 60-dək nümayəndə iştirak edir. Kurs aprelin 19-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib.

AzVision.az


Teqlər: MN   NATO  





Xəbər lenti