Siyəzən sakini kanalda batıb

Siyəzən sakini kanalda batıb
  23 Aprel 2018    Oxunub:1661
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə aprelin 22-də Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Bayramov Mirzəcan Bayram oğlunun batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzVision.az


Teqlər: FHN   Kanal  





Xəbər lenti