Son 3 gündə 4 nəfər ölüb, 18 yaralanıb

Son 3 gündə 4 nəfər  ölüb, 18 yaralanıb
  18 İyun 2018    Oxunub:1106
Son 3 gündə Azərbaycanda 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iyunun 15-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

İyunun 16-da 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

İyunun 17-də isə ölkənin avtomobil yollarında baş vermiş 2 yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər: Yolqəzaları  





Xəbər lenti