“Azərişıq”: Bakının 95 faiz ərazisində işıq var

“Azərişıq”: Bakının 95 faiz ərazisində işıq var
  03 İyul 2018    Oxunub:2332
“Hazırda Bakı şəhərinin 95 faiz ərazisində işıqla bağlı problem yoxdur. Qərb və şimal rayonlarında 100 faiz, digər ərazilərdə isə elektrik enerjisinin verilişi 40-80 faiz bərpa olunub"
Bunu AzVision.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi bildirib ki, elektrik enerji verilişinin bərpası ilə bağlı işlərsürətlə aparılır.

“Dövlət əhəmiyyətli obyektlər artıq elektrik enerjisi ilə təmin olunur. “Azernerji”dən biz elektrik aldıqca paylayırıq və çalışırıq ki, problem tez zamanda həll olunsun”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti