“Azərbaycan” İES-in 2 bloku istismara verilir

“Azərbaycan” İES-in 2 bloku istismara verilir
  03 İyul 2018    Oxunub:2003
Yaxın dəqiqələr ərzində “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 2 bloku istismara veriləcək.
AzVision.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Qurum rəsmisi bildirib ki, gecə saatlarında yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ümumi gücü 2 min 400 meqavat olan “Azərbaycan” İES öz fəaliyyətini dayandırmışdı. Görülmüş tədbirlərdən sonra İES-in 2 bloku yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da təxminən 400-500 meqavat elektrik enerjisi deməkdir.

Y.Babanlı əlavə edib ki, hazırda respublikanın regionları üzrə elektrik enerjisinin təchizatı 90 faizə çatdırılıb.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

AzVision.az


Teqlər: Azərenerji  





Xəbər lenti