"6 yaşlı uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq" - Təhsil Nazirliyi

"6 yaşlı uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq" - Təhsil Nazirliyi
  06 İyul 2018    Oxunub:2500
"Təhsil haqqında" qanuna edilmiş dəyişiklik hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların I sinfə qəbul edilməsi ilə bağlıdır”.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

"Bu, o demək deyil ki, bu yaşda olan uşaqların hamısı kütləvi şəkildə I sinfə qəbul olunacaqlar. Yalnız valideyn istədikdə bu baş verəcək. "Təhsil haqqında” qanununa edilmiş dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar”, - F.Qədirov bildirib.

O qeyd edib ki, "Təhsil haqqında” qanuna 60-dan çox dəyişiklik olunub, qanuna 2 yeni maddə əlavə edilib.

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, uşaqların I sinfə qəbulu sentyabrın 15-dək 6 yaşı taman olan zaman aparılıb. Sentyabrın 15-dən dekabrın 31-nə kimi 6 yaşı tamam olan uşaqların I sinfə qəbulu müsabiqə yolu ilə aparılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 12 iyun tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti