DSMF Qəbələdə regional müşavirə keçirib
Rayon şöbələrinin hər birinin fəaliyyəti ayrı-ayrılıqda təhlil olunub. Sosial sığorta münasibətlərinin sığorta-pensiya sisteminin tələblərinə uyğun və tam şəffaf qurulması, bu sahədə fiziki və hüquqi şəxslərlə işin düzgün təşkili ilə bağlı müşavirə iştirakçılarına təlimatlar verilib. Sosial təminat növlərinin təyinatı zamanı süründürməçilik, vətəndaşların müraciətlərinin cavablandırılmasının gecikdirilməsi hallarına yol verən şöbələrin fəaliyyəti tənqid olunub. Mövcud olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması tapşırılıb.
Sosial sığorta daxilolmalarında əhəmiyyətli artımların təmin edilməsi və sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması üçün zəruri tədbirlərin görülməsi, vətəndaşlarla münasibətlərdə etik davranış qaydalarının rəhbər tutulması, müraciətlərin vaxtında, tam və dolğun şəkildə cavablandırılması və s. barədə tapşırıqlar verilib.
AzVision.az
Teqlər: DSXF