Kəmaləddin Heydərovun yeni müavini kimdir?

Kəmaləddin Heydərovun yeni müavini kimdir?
  07 İyul 2018    Oxunub:77115
Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Nazim Xeyrulla oğlu Məmmədov FHN rəhbərinin müavini postuna təyinat alıb.
AzVision.az xəbər verir ki, Nazim Məmmədov 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-cı-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.

1995-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb. 2007-cı ilin dekabrından bu günədək Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edib.

Ailəlidir, 3 övladı var.



Qeyd edək ki, bu təyinatadək fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 7 müavini olub.

AzVision.az


Teqlər: FHN   Nazim-Məmmədov  





Xəbər lenti