Borca görə axtarılan 20 nəfər saxlanılıb

Borca görə axtarılan 20 nəfər saxlanılıb
  19 İyul 2018    Oxunub:1903
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların 19-u “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət   Həbs  





Xəbər lenti