“Hərbiyyə” düşərgəsində ikinci gün - FOTOLAR

“Hərbiyyə” düşərgəsində ikinci gün - FOTOLAR
  22 İyul 2018    Oxunub:10868
“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Sİlahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları üçün keçirilən təlimlər davam edir.
AzVision.az xəbər verir ki, bu gün ilk olaraq "ASAN xidmət"də işləyən Qarabağ qaziləri düşərgə iştirakçılarına təlim keçib. Onlara ərazidə səmt müəyyən etmək öyrədilib.

Daha sonra Milli Qəhrəman İntiqam Atakişiyev düşərgə iştirakçıları ilə görüşüb. Onlara keçdiyi döyüş yolundan, hazırki xidmətindən və Ordumuzun qüdrətindən danışıb.

Təlimlərin davamı olaraq sərhədçi itləri barədə ətraflı məlumat verilib. Daha sonra sərhədçi itinin şərti sərhəd pozucusunu aşkar etməsi nümayiş etdirilib.

































Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Hərbiyyə   Düşərgə   Təlim  





Xəbər lenti