Sabah “Qanlı Ay” tutulması olacaq

 Sabah “Qanlı Ay” tutulması olacaq
  26 İyul 2018    Oxunub:3638
Sabah “Qanlı Ay” tutulması hadisəsi baş verəcək.

AzVision.az Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, iyulun 27-dən 28-ə keçən gecə Ay tutulması olacaq.
Ay tutulması Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq. Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq.

Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Ay-tutulması  





Xəbər lenti