Komitə sədri Cocuq Mərcanlıda yerli sakinlərlə görüşüb
AzVision.az məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Cocuq Mərcanlı kəndində yerli sakinlərlə keçirdiyi görüşdə deyib.
Dövlət komitəsinin sədri uzun illər respublikanın müxtəlif yerlərində məcburi köçkün həyatı yaşadıqdan sonra kəndə köçmüş ailələrin məişəti, güzəranı, iş və əmək şəraiti ilə yaxından tanış olub, arzu və istəklərini öyrənib, müraciətlərini dinləyib.
Sakinlər Cocuq Mərcanlı kəndində görülən işlərə və yaradılan şəraitə, eyni zamanda, onlara göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
AzVision.az
Teqlər: Cocuq-Mərcanlı