“Səhra mətbəxi” müsabiqəsinə start verilib

“Səhra mətbəxi” müsabiqəsinə start verilib
  03 Avqust 2018    Oxunub:4272
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsabiqənin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan müxtəlif təamların dadına baxaraq qiymətləndirməni həyata keçirirlər.

Yarışlar çərçivəsində “Dostluq evi”ndə Azərbaycanın milli mədəniyyətini əks etdirən sənət nümunələri müxtəlif ölkələrin hərbi qulluqçularına və qonaqlara nümayiş olunur.







AzVision.az


Teqlər: Səhra-mətbəxi  





Xəbər lenti