Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub
  14 Avqust 2018    Oxunub:1050
Lerik rayonunda 3 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata əsasən, yerli vaxtla 13.08.2018-ci il tarixində saat 4:30-da Yardımlı stansiyasından 25 km cənubi-şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər: AMEA   Lerik   Zəlzələ  





Xəbər lenti