17 ildə DSX-nın büdcə ayırmaları 146 dəfə artıb

17 ildə DSX-nın büdcə ayırmaları 146 dəfə artıb
  18 Avqust 2018    Oxunub:1503
2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artıb, 14 hərbi hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin qarnizonları, “Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun Goradil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Şüvəlan qəsəbəsində yeni hərbi hissə, Bakı şəhərinin Nərimanov rayonunda 312 mənzilli yaşayış binaları inşa olunub, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.

General-polkovnik qeyd edib ki, bu müddətdə 111 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib, yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 1000-dən artıq xidməti bina istifadəyə verilib.

Son günlərdə “Göytəpə” sərhəd dəstəsinin “Daşkənd” sərhəd zastavasının və “Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavasının yeni inşa olunmuş xidməti və yaşayış binaları komplekslərinin açılışlarının edilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etməsini göstərir.

Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub.

AzVision.az


Teqlər: DSX   Elçin-Quliyev  





Xəbər lenti