Komitənin işçilərinə medallar təqdim olunub

Komitənin işçilərinə medallar təqdim olunub
  21 Avqust 2018    Oxunub:2238
Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülmüş əməkdaşlara medallar təqdim olunub.
AzVision.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin uğurla tənzimlənməsinə xüsusi önəm verən, bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayan dövlət başçısına Komitənin kollektivi adından dərin minnətdarlığını bildirib. Göstərilən etimadı doğrultmaq, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün daha böyük məsuliyyət və əzmkarlıqla çalışmağın zəruriliyini diqqətə çatdırıb.

Sonra Dövlət Komitəsinin sədri təltif olunan əməkdaşları təbrik edərək, mükafatları sahiblərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

AzVision.az


Teqlər: Medal   DQİDK  





Xəbər lenti