Gəncənin yeni icra başçısı kollektivə təqdim olundu

Gəncənin yeni icra başçısı kollektivə təqdim olundu
  29 Avqust 2018    Oxunub:4366
Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov bu gün kollektivə təqdim edilib.

AzVision.az-ın məlumatına görə, yeni başçını kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elmar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun yerinə Niyazi Müzəffər oğlu Bayramov təyin edilib. N.Bayramov bu təyinatadək Mingəçevirin icra başçısı olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gəncə   İcra-Başçısı  





Xəbər lenti