Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır

Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır
  01 Sentyabr 2018    Oxunub:2440
"Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır".
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunun iclasları müntəzəm keçirilir. Forumun ilin sonunda Bakıda keçiriləcək növbəti 6-cı iclasına 500-dən çox iştirakçının gələcəyi gözlənilir", - deyə Putin vurğulayıb.

AzVision.az


Teqlər: Rusiya   Təhsil   Putin  





Xəbər lenti