İlham Əliyev TOTAL-ın direktorunu qəbul edib - Yenilənib

İlham Əliyev TOTAL-ın direktorunu qəbul edib - Yenilənib
  14 Sentyabr 2018    Oxunub:2240
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyaneni qəbul edib.
AzVision.az xəbər verir ki, görüş zamanı TOTAL şirkəti ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri, “Abşeron” yatağının birgə işlənilməsi çərçivəsində hazırkı işlərin gedişi, neft-qaz strukturunda digər yataqların birgə işlənilməsi imkanları ilə bağlı məsələlər müzakirə edildi.

AzVision.az


Teqlər: İlham-Əliyev   TOTAL  





Xəbər lenti