Sabah bəzi yerlərdə qaz olmayacaq

Sabah bəzi yerlərdə qaz olmayacaq
  27 Sentyabr 2018    Oxunub:1844
Sabah Bakının və Gəncənin bəzi yerlərində qaz olmayacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AzVision.az -a verilən məlumata görə,“Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismara verilməsi ilə əlaqədar, sabah saat 1000-dan etibarən təmir işləri başa çatanadək Nəsimi rayonu Tibilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami,H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində,həmcinin saat 0900-dan etibarən isə Gəncə şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işlərinin Nərimanov və Yasamal rayonlarının, eləcə də Yeni yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AzVision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti