Bakıda Qarabağla bağlı mitinq keçirilib - FOTOLAR

Bakıda Qarabağla bağlı mitinq keçirilib - FOTOLAR
  29 Sentyabr 2018    Oxunub:24882
Bakıda "Qarabağa azadlıq" adı altında mitinq keçirilib.
AzVision.az xəbər verir ki, mitinq iştirakçıları Yasamal rayonundakı "Məhsul" stadionuna toplaşıblar.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca QAT sədri Akif Nağı çıxış edib.

O, beynəlxalq təşkilatlardan münaqişənin həllinə diqqət ayırmağı tələb edib. Bildirib ki, münaqişə sülh yolu ilə həll olunmasa, hərb yolu qaçılmazdır.

Mitinq çıxışlarla davam edib. "Qarabağa azadlıq" mitinqində iştirak edənlərin sayı təxminən 2 min nəfərə yaxın olub.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçirilən mintinqə icazə verib.























Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Mitinq  





Xəbər lenti