Qəzada yaralıların sayı 33 nəfərə çatıb - FOTOLAR+VİDEO (Yenilənib)

Qəzada yaralıların sayı 33 nəfərə çatıb -  FOTOLAR+VİDEO (Yenilənib)
  01 Oktyabr 2018    Oxunub:19202
Xəzər rayonu, Binə qəsəbəsində baş verən qəza nəticəsində yaralıların sayı 33 nəfərə çatıb. Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, onlardan 26 nəfəri təcili yardım maşını ilə xəstəxanaya aparılıb. 7 nəfər isə özü müraciət edib.
Qeyd olunub ki, yaralılardan 3 nəfəri Klini Tibbi Mərkəzə, 2 nəfəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, qalanları isə 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 6 nəfəri uşaqdır, onlardan 1-i ölüb

**

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 27 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

Hadisə zamanı yaralanan 13 yaşlı uşaq xəstəxanaya çatdırılarkən dünyasını dəyişib. Xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var.






***

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində bir nəfər ölüb.

Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qəza nəticəsində 7 nəfər yaralanıb, onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Hadisə yerinə 10 təcili tibbi yardım birqadası cəlb olunub.

Qeyd edək ki, Xəzər rayonu Binə qəsəbəsində içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qatar   Avtobus  





Xəbər lenti