84 nəfər ödənişli ictimai işlərə cəlb olunub

84 nəfər ödənişli ictimai işlərə cəlb olunub
  03 Noyabr 2018    Oxunub:1131
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Şamaxı, İsmayıllı və Hacıqabul rayonlarında 84 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, hazırda onlar öz rayonlarında ictimai faydalı xarakter daşıyan, əsasən abadlaşdırma, təmir yönümlü işlərdə çalışırlar. Ödənişli ictimai işlər iki ay müddətinə nəzərdə tutulub. Bu işlərə cəlb edilənlərin əmək haqları tam şəkildə Dövlət Məşğulluq Xidməti tərəfindən maliyyələşdiriləcək.

Digər bir sıra rayonlarda da belə aktiv məşğulluq tədbirlərinin davam etdirilməsi planlaşdırılıb.

Ümumilikdə cari ilin ötən dövründə Xidmət tərəfindən 241 nəfər ictimai işlərə cəlb edilib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti