Jalüz mövsümü başa çatır, 150 manat cərimə - Sürücülərin nəzərinə!

Jalüz mövsümü başa çatır, 150 manat cərimə -  Sürücülərin nəzərinə!
  14 Noyabr 2018    Oxunub:2130
Sabahdan etibarən avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddəti başa çatır.

Azvision.az xəbər verir ki, may ayının 1-dən noyabrın 15-dək avtomobilin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitələrdən istifadəyə icazə verilir.
Müddət başa çatdıqdan sonra jalüzlərdən istifadə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 150 manat məbləğində cərimə olunacaqlar.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Jalüz   DYP  





Xəbər lenti