Əmək pensiyalarında dövlət öhdəliklərinin payı dəqiqləşdiriləcək

  14 Noyabr 2018    Oxunub : 593
 Əmək pensiyalarında dövlət öhdəliklərinin payı dəqiqləşdiriləcək
Əmək və Əhalinin Sosial Müdafiə Nazrliyinin Maliyyə Nazirliyi ilə razılığına əsasən bu ilin sonunda mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin payının dəqiq müəyyənləşdirilməsi üzərində işləri yekunlaşdırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Fondun büdcəsinin parlamentin plenar iclasında müzakirəsi zamanı bildirib.

"Maliyyə Nazirliyi ilə əldə etdiyimiz razılığa əsasən bu ilin sonunda mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin payının dəqiq müəyyənləşdirilməsi üzərində işləri yekunlaşdırmağı planlaşdırırıq. Ondan sonra hər il dövlət büdcəsindən nə qədər vəsaitin ayrılması müəyyən ediləcək. Digər təminatlar üzrə Dövlət DSMF-nun sosial sığorta prinsipləri tam şəkildə tətbiq etməsi mümkün olacaq",- deyə nazir qeyd edib.

Nazir deyib ki, pensiya xərclərinin iki istiqaməti üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edilib: "Birinci istiqamət, 1992-ci ilə qədər olan dövr ərzində əmək pensiyaçılarının iş stajı, ikinci istiqamət isə əmək pensiyalarının əlavələridir. Hər iki istiqamət üzrə dövlət büdcəsindən maliyyələşdirilmənin tam təmin edilməsi, sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək. Bu öhdəliyin müəyyənləşdirilməsi üçün 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləğin müəyyən edilməsi və eyni zamanda "Əmək pensiyaları haqqında" qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əmək pensiyalarına əlavələrin məbləğinin dəqiq müəyyən edilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Maliyyə NazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərindən ibarət komissiya yaradılıb. Komissiya tərəfindən Bakı şəhərinin Xəzər və Xətai rayon şöbələrində uçotda olan pensiya işləri tam araşdırılıb, dövlət büdcəsi öhdəliyinin müəyyən olunması üzrə rəqəmlər müəyyən edilib. Eyni zamanda LerikQax rayonlarında da eyni işlər aparılmaqdadır."

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Nazir   Pensiya   Büdcə