“Böhran vaxtı Azərbaycan yanımızda olub” - Gürcü general

“Böhran vaxtı Azərbaycan yanımızda olub” -  Gürcü general
  21 Noyabr 2018    Oxunub:2343
"Bizim üçtərəfli əməkdaşlığımız çox vacibdir. Əməkdaşlığımız əsas etibarı ilə regionda sabitliyi özünə əks etdirir"

Azvision.az xəbər verir ki, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia Bakıda keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.
O, bildirib ki, hər üç ölkə aktiv şəkildə müştərək təlimlərə qoşulacaq: "Təlimlər bizim hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi üçün xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda təhsil, idman sahəsində də əməkdaşlıq edəcəyik".

Gürcü general qeyd edib ki, regionda təhdidlərin artması müşahidə olunur: "Birgə səylərimizi birləşdirsək, bu problemləri aradan qaldırmağa nail ola bilərik. Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkliyib. Biz hər zaman xatırlayırıq ki, böhran vəziyyətimizdə Azərbaycan və Türkiyə yanımızda olub".

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli görüş keçirilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Gürcüstan   General  





Xəbər lenti