Narkotik alverçisi marixuana ilə saxlanıldı
RPŞ-nin əməkdaşları tərəfindən Ülvi Fərzəliyevin üzərinə keçirilən şəxsi baxış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.
Ü.Fərzəliyev istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azvision.az