Putin şahzadə ilə Kaşoqinin qətlini müzakirə edəcək

Putin şahzadə ilə Kaşoqinin qətlini müzakirə edəcək
  29 Noyabr 2018    Oxunub:1439
Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcəyi dəqiqləşib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Argentinada “G20” (“Böyük iyirmilik”) sammiti çərçivəsində baş tutacaq görüşdə səudiyyəli jurnalist Camal Kaşoqinin İstanbuldakı Baş Konsulluqda qətlə yetirilməsi əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Putindən fərqli olacaq ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan vəliəhd şahzadə ilə görüşdən imtina ediblər.

Azvision.az



Teqlər: Putin   Şahzadə  





Xəbər lenti