Keçmiş polis rəisinə yeni vəzifə verildi

Keçmiş polis rəisinə yeni vəzifə verildi
  06 Dekabr 2018    Oxunub:2482
Tərtər rayon Polis şöbəsinin keçmiş rəisi Rauf Məcidov yeni vəzifəyə təyinat alıb.
Azvision.az-ın “Report”a istinadən verdiyi məlumata görə, Məcidov Daxil İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi təyin olunub.

Qeyd edək ki, R.Məcidov bir müddət əvvəl Tərtər rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib. Bu vəzifəyə Ağdam rayon Polis şöbəsinin rəisi Elçin Qasımov gətirilib

Azvision.az



Teqlər: DİN   Təyinat  





Xəbər lenti