DGK təkzib etdi: Yeni rəis təyin olunmayıb

  07 Dekabr 2018    Oxunub : 586
 DGK təkzib etdi: Yeni rəis təyin olunmayıb
Bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində əsassız və yalan məlumatlar yayılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.

"Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir".

Azvision.az

Teqlər: DGK