“İndiyədək 1943 itkinlə bağlı 5889 nümunə toplanılıb” - Dövlət Komissiyası

 “İndiyədək 1943 itkinlə bağlı 5889 nümunə toplanılıb” -  Dövlət Komissiyası
  10 Dekabr 2018    Oxunub:2552
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə 1483 azərbaycanlı erməni əsir-girovluğundan azad edilib. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan 3 azərbaycanlı qarşı tərəfdə girovluqda saxlanılır”
Azvision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Azərbaycan tərəfdə də 3 nəfər erməni mənşəli şəxs saxlanılır. "Erməni girovluğunda olan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Səmədovun azad edilməsi üçün işlər davam etdirilir. Bu insanların azad edilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. MDB dövlət başçılarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi zirvə toplantısında iştirak edən Azərbaycan Perzidenti İlham Əliyev Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşü zamanı Ermənistan və Azərbaycanda saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsini müzakirə edib. İndiki mərhələdə ən vacib məsələ Beynəlxalq Qızıl Xaç Komitəsi ilə imzalanmış çərçivə sazişinə əsasən itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanılmasıdır. Nümunələr üçün Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında xüsusi yer ayrılıb".

E. Səmədov qeyd edib ki, indiyə qədər 1943 itkinlə bağlı 5889 nümunə toplanılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Eldar-Səmədov   Komissiya  





Xəbər lenti