Bu sahədə çalışanların maaşı artırıldı

Bu sahədə çalışanların maaşı artırıldı
  11 Dekabr 2018    Oxunub:4484
Bütün sahələrdə olduğu “BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir.
Bakı Nəqliyyat Agentliyinin(BNA) mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin xüsusi qayğısı sayəsində son üç ildə “BakuBus” MMC-də çalışan sürücülərin sosial-müdaifəsi ilə bağlı müxtəlif tədbilər reallaşdırılıb.

Bu tədbirlərin davamı olaraq 1 dekabrdan etibarən “BakuBus” MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb. Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.

Qeyd edilib ki, sürücülər “BakuBus” MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar.

Bundan əlavə, "BakuBus" MMC tərəfindən sürücü vəzifəsinə növbəti işə qəbul elan olunub. İş üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər. Vətəndaşlara işə qəbul barədə ətraflı məlumat almaq üçün (012) 404-11-10 telefon nömrəsinə zəng etmək tövsiyə olunur.

Azvision.az


Teqlər: BNA   Baku-bus   Sürücü  





Xəbər lenti