Ordumuzun mövqelərində heç bir hadisə baş verməyib - Müdafiə Nazirliyi

   Ordumuzun mövqelərində heç bir hadisə baş verməyib -    Müdafiə Nazirliyi
  27 Dekabr 2018    Oxunub:2339
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır: “Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir”.

Azvision.az


Teqlər: MN  





Xəbər lenti