Trampın oğlu miqrantları təhqir etdi

 Trampın oğlu miqrantları təhqir etdi
  10 Yanvar 2019    Oxunub:1618
ABŞ prezidenti Donald Trampın böyük oğlu Amerikaya gələn miqrantları təhlükəli və vəhşi heyvanlarla müqayisə edib.
Azvision.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi bildirib.

“Siz bilirsinizmi, niyə gününüzü zooparkda keçirə bilirsiniz? Çünki divarlar işləyir” – prezidentin oğlu Donald Tramp Cunior “Instagram”da yazıb.

Onun bu yazısı sosial şəbəkələrdə ciddi tənqid və qıcıq doğurub. İstifadəçilər hətta yazıb ki, “Zooparkdakı yeganə heyvan Cunior Trampın özüdür”.

Bundan əvvəl isə Trampın böyük oğlu suriyalı qaçqınları “Skittles” konfetlərinə bənzətmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın tikilməsi üçün büdcədən 5 milyard dollar pul ayrılmasını tələb edir. Lakin demokratlar buna qarşı çıxır. Nəticədə atıq neçə həftədir ki, ABŞ-da federal hökumətin bir sıra nazirlikləri maliyyə çatışmazlığından fəaliyyətini dayandırıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Meksika   Suriya   ABŞ  





Xəbər lenti