Novxanıda Rəsulzadənin yeni barelyefi quraşdırılıb

  24 Yanvar 2019    Oxunub : 2477
 Novxanıda Rəsulzadənin yeni barelyefi quraşdırılıb
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndində oğurlanan barelyefinin yerinə yenisi qoyulub.
Azvision.az xəbər verir ki, yeni löhvə Rəsulzadənin doğulub, boya-başa çatdığı evin qarşısında quraşdırılıb.

Qeyd edək ki, yanvarın 15-də baş verən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Azvision.az

Teqlər: Novxanı   Rəsulzadə