Ovçuluq təsərrüfatları müasirləşdirilir

Ovçuluq təsərrüfatları müasirləşdirilir
  09 Fevral 2019    Oxunub:1764
Mövcud ovçuluq təsərrüfatlarının müasir, sivil tələblərə uyğun yenidən qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə qeyri-hökumət təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak ediblər.

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə nazirlik tərəfindən ilk dəfə təşkil olunan görüşdə ovçuluq təsərrüfatlarının durumu barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.

Görüşün sonunda mövcud ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması üçün əhatəli biznes-planın və təkliflərin hazırlanaraq üç həftə ərzində nazirliyə təqdim edilməsi və növbəti görüşlərin keçirilməsi qərara alınıb. Əlavə məlumat və suallar üçün [email protected] elektron ünvanına müraciət oluna bilər.

Azvision.az



Teqlər: ETSN   Ovçuluq  





Xəbər lenti